"Avropa İttifaqı Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi ola bilməz"

 08:59 11.05.2022     373

Avropa İttifaqı (Aİ) Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi ola bilməz.

Redaktor.az “Frankfurter Allgemeine Zeitung”a istinadən xəbər verir ki, bu fikri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

O, qeyd edib ki, danışıqların nəticəsini yalnız Ukrayna, Rusiya və vasitəçi müəyyən etməlidir.

"Biz yox. Rusiyalıları biz qəbul etməyəcəyimiz kimi Rusiya da bunu qəbul etməyəcək", - Borrell deyib.

Eyni zamanda, o, əlavə edib ki, Çin də Rusiyaya meyl etdiyi üçün vasitəçi kimi uyğun deyil.

"Türkiyə orada çox yaxşı işlər görür. Hər iki tərəflə yaxşı münasibətləri var", - Borrel vurğulayıb.

“Ən yaxşısı, əlbəttə ki, Birləşmiş Millətlər Təşkilatı olardı”, - Aİ-nin ali nümayəndəsi fikirlərini yekunlaşdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən