ABŞ Ukraynaya yeni helikopterlər GÖNDƏRİR

 09:04 11.05.2022     521

ABŞ Rusiya istehsalı olan Mi-17 helikopterlərinin ikinci partiyasını Ukraynaya tədarük etməyə başlayacaq.

Redaktor.az RİA Novosti-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.

Qeyd edilir ki, söhbət ABŞ-ın vaxtilə Rusiyadan Əfqanıstan ordusu üçün aldığı texnikadan gedir.

İkinci partiyaya 11 helikopter daxildir. Bundan əvvəl isə Pentaqon Ukrayna Silahlı Qüvvələrinə 5 Mi-17 helikopteri təhvil verib.

Vumart və Güvən reklamı Vumart Güvən