"Rusiyanın Qara dənizin qərbinin gəmi ilə müdafiə təchizatı minimuma enib" - Britaniya kəşfiyyatı

 09:44 11.05.2022     312

“Rusiyanın zəif müdafiə olunan qarnizonunu gücləndirməyə çalışdığı Ukraynanın İlan adasında döyüşlər davam edir”.

Redaktor.az xəbər verir ki, məlumatı Böyük Britaniyanın kəşfiyyatı yayıb.

Məlumata görə, Ukrayna “Bayraktar” PUA-larının yardımı ilə Rusiyanın hava hücumundan müdafiə vasitələri və təminat gəmilərini sıradan çıxarıb: ““Moskva” raket kreyserinin itirilməsi ilə Rusiya donanmasının geri çəkilməsindən sonra Rusiyanın Qara dənizin qərbinin gəmi ilə müdafiə təchizatı minimuma enib.

Rusiyanın İlan adasında qarnizonu gücləndirmək cəhdləri Ukraynaya Rusiya ilə döyüşlərdə və texnikanı məhv etməkdə böyük imkanlar yaradır. Rusiya strateji qanadlı raketlərin, hava hücumundan müdafiə sistemi və sahil müdafiəsinin yardımı ilə adada mövqelərini möhkəmləndirsə, Qara dənizin şimal-qərbində üstünlüyə nail ola bilər”.