Rusiya DİN Rövşən Əsgərovu axtarışa verdi

 11:36 11.05.2022     362

Rusiya Daxili İşlər Nazirliyi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu cinayət işi ilə bağlı axtarışa verib.

Redaktor.az TASS-a istinadən məlumat verir ki, bu barədə nazirliyin məlumat bazasında deyilir.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb.

Məlumatda qeyd olunurdu ki,R.Əsgərov öz "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb.

Vumart və Güvən reklamı Vumart Güvən