Ruslar "Azovstal"a hücum edir

 13:39 11.05.2022     510

Rusiya silahlı qüvvələri Ukraynanın işğal etdikləri Mariupol şəhərindəki "Azovstal" metallurgiya zavoduna hücumları davam etdirir.

Redaktor.az xəbər verir ki, bunu sözügedən zavodun ərazisinə nəzarəti saxlayan "Azov" alayı məlumat yayıb.

"Son 24 saat ərzində Mariupolun müdafiəçiləri tərəfindən qorunan "Azovstal" zavodunun ərazisinə 38 uçuş, o cümlədən 4 strateji bombardmançı təyyarə uçuşu həyata keçirilib. Düşmənin lüləli artilleriyası, tankları və s. də fəaliyyətini davam etdirir. Düşmən Ukrayna qalasını ələ keçirmək cəhdlərindən əl çəkmir və piyadaların dəstəyi ilə gündəlik hücumlarını davam etdirir", - deyə "Azov"un son paylaşımında bildirilir.

Qeyd edək ki, Rusiya qüvvələri Mariupolu işğal etsələr də, "Azovstal"a sığınan "Azov" alayı müqaviməti davam etdirir. Hazırda zavodun zirzəmisində 2 minə yaxın ukraynalı döyüşçünün olduğu bildirilir.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən