Lavrov Ukraynaya görə BMT baş katibini ittiham etdi

BMT Baş katibi Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq fürsətini əldən verib.
Redaktor.az-ın yerli mediaya istinadla məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Çox təəssüf edirəm ki, bu təşkilatın katibliyi, o cümlədən onun Baş katibi uzun 7 il ərzində Kiyev rejiminin Ukraynanın şərqində nizamlanma üzrə Minsk razılaşmalarını təsdiq edən Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsinin açıq təxribatına heç bir reaksiya verməyərək siyasi nizamlanma əldə etmək fürsətini itirmiş oldu”, - deyə, nazir bildirib.