“Mənə qarşı hücumu xüsusi xidmət orqanları hazırlayıb” - Rusiya səfiri

 15:24 11.05.2022     185

Mənə qarşı hücum Polşa xüsusi xidmət orqanları ilə razılaşdırılaraq həyata keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev bildirib.

"Heç cür inana bilmirəm ki, bu kortəbii hərəkəti necə icra etdilər. Polşada çox ixtisaslı hüquq-mühafizə və təhlükəsizlik xidmətləri var. Bütün bunlar çoxdan hazırlanıb, Rusiyaya qarşı təxribatdır”, - səfir hadisə ilə bağlı açıqlamasında deyib.

Qeyd edək ki, 9 May Qələbə günündə Rusiyanın Polşadakı səfiri sovet əsgərlərinin məzarlarına əklil qoymaq istəyərkən sakinlərin hücumuna məruz qalıb.