ABŞ və Polşa səfirləri Rusiya XİN-ə çağırıldı

ABŞ və Polşanın səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Redaktor.az xəbər verir ki, Con Salivvan və Kşiştof Krayevski yerli vaxtla saat 15-də Rusiya XİN-nin binasına daxil olublar.
Polşa səfiri 15 dəqiqə sonra Rusiya XİN-nin binasını tərk edib. Eyni ilə ABŞ səfiri də 20 dəqiqədən az müddətdə XİN binasını tərk edib. Hər iki diplomat jurnalistlərin suallarını cavablandırmadan gediblər.