"2023-cü il seçkiləri Türkiyə üçün vacibdir" - Ərdoğan

"2023-cü il seçkiləri Ərdoğan və AKP üçün deyil, Türkiyə üçün önəmlidir. Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsinə daxil olub-olmaması xalqın seçimindən asılı olacaq".
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) regional təşkilatlarının rəhbərləri ilə görüşü zamanı bildirib.
Ərdoğanın sözlərinə görə, hər seçki vacib və kritikdir. Lakin bir ildən sonra keçiriləcək prezident seçkiləri Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir, çünki bununla seçicilər ölkənin 2053-cü ilə qədər inkişaf vektorunu müəyyən edəcək.