Böyük Britaniya və İsveç təhlükəsizlik sazişi İMZALADI

Böyük Britaniyanın Baş naziri Boris Conson və İsveçin Baş naziri Eva-Maqdalena Andersson təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün imzalanan sənədin eynisi Finlandiya ilə də imzalanacaq.
“Bu, qısamüddətli proqram deyil, əksinə, hərbi əlaqələri və qlobal sabitliyi gücləndirmək, eləcə də gələcək nəsillər üçün Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün uzunmüddətli öhdəlikdir”, - B.Conson bildirib.