Rusiyanın Ukraynadakı əmlakı müsadirə ediləcək

 19:51 11.05.2022     237

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüququ obyektlərinin məcburi müsadirə edilməsi haqqında fərman təqdim edib.

Redaktor.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, dövlət başçısının fərmanını təsdiq edən müvafiq qanun layihəsi çərşənbə günü Ukrayna parlamentinin saytında 7371 nömrəsi ilə qeydə alınıb.

Sənəddə bildirlir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası 2022-ci il mayın 11-də Rusiyanın mülkiyyət hüququ obyektlərini zorla müsadirə etmək barədə qərar qəbul edib.