Qəza körpüdə tıxaca səbəb oldu

 20:39 11.05.2022     640

Bakıda qəza tıxaca səbəb olub.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində baş verib.

Yol kəsişməsindən üzü Ziya Bünyadov prospekti istiqamətindəki körpüdə qəza səbəbindən tıxac yaranıb.

Hal-hazırda DYP əməkdaşları hərəkəti tənzimləyirlər.