Müxalifət Paşinyana qarşı sərt addımlar PLANLAYIR

 22:45 11.05.2022     150

Ermənistan müxalifəti ölkədə ikili hakimiyyətin bərqərar olması üçün növbə ilə dövlət qurumlarının binalarını bağlayacaq və binaları blokadaya alacaq. 

Redaktor.az xəbər verir ki, bu barədə “Müqavimət” hərəkatının liderlərindən biri olan İşxan Sağatelyan bildirib.

"Sabah səhər yenə də itaətsizlik aksiyalarımızı davam etdirəcəyik. Aksiya iştirakçılarının sayını artırmaq lazımdır. Sabah yenidən avtomobil yürüşü keçirəcəyik və saat 16:00-da Fransa meydanında toplanacağıq", - deyə müxalifət funksioneri qeyd edib.

Xatırladaq ki, Ermənistan müxtəlifəti bir neçə həftədir etiraz aksiyaları keçirir. Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.