Rusiya Polşadan üzrxahlıq tələb etdi

Polşa səfiri Kşiştof Krayevski çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Redaktor.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, mayın 9-da Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə hücumla bağlı Moskvanın Polşa hakimiyyətinin rəsmən üzr istəməsini gözlədiyi bildirilib.
Qurumdan qeyd edilib ki, Polşa tərəfi Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını kobud şəkildə pozub.
Həmçinin, Rusiya XİN Varşavanın reaksiyasından asılı olaraq əlavə addımlar atılacağını vurğulayıb.