Moskvadakı Polşa səfirliyi “qırmızıya boyandı” – VİDEO

 03:37 12.05.2022     392

Polşanın Moskvadakı səfirliyinin qarşısındakı yazı tablosuna qırmızı boya atılıb.

Redaktor.az xəbər verir ki, artıq boyanını yuyulmasına başlanılıb.

Hazırda diplomatik missiyanın binası qarşısında bir nəfər mühafizəçi dayanır. Gücləndirilmiş polis mühafizəsi tətbiq olunmayıb.

Polşanın Moskvadakı səfirliyi insidenti xuliqanlıq adlandırıb və baş verənləri şərh etməkdən imtina edib.

Qeyd edək ki, mayın 9-da Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə də qırmızı boya atılıb.