Dünya Bankı hər ay Ukraynaya 200 milyon dollar ayıracaq

 09:04 12.05.2022     243

Dünya Bankı Ukraynaya hər ay təxminən 200 milyon dollar verəcək. Bu vəsait dövlət qulluqçularına və müəllimlərin əmək haqqının ödənilməsi üçün istifadə olunacaq.

Redaktor.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın maliyyə nazirinin müavini Roman Yermolıçev deyib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi daim ölkənin ehtiyacları üçün, o cümlədən təhsilə dəstək üçün alternativ maliyyə mənbələri axtarır.

“Ona görə də hakimiyyətin digər orqanları ilə birlikdə artıq Dünya Bankı ilə Ukraynada davamlı dövlət idarəçiliyini təmin etmək üçün dövlət xərclərinə dəstək adlı birgə layihə hazırlayırıq. Elan edilən yardımın məbləği 1,5 milyard ABŞ dolları təşkil edəcək”, - nazir müavini bildirib.

Layihə dövlət qulluqçularına və müəllimlərə əməkhaqqı verilərkən dövlət büdcəsi xərclərinin qarşılanmasını nəzərdə tutur.