Çində sərnişin təyyarəsi yandı, 40-dan çox yaralı var

 09:09 12.05.2022     473

“Tibet Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki “Çzyanbey” beynəlxalq hava limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi xəbər verib.

Hadisə yerli vaxtla saat təxminən 8:00-da (Bakı vaxtı ilə ilə saat 3:00) baş verib, bütün sərnişinlər dərhal təxliyə edilib.

Təyyarədə 113 sərnişin və 9 ekipaj üzvünün olduğu dəqiqləşdirilib. Hadisə zamanı 40 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.

Ölənlər barədə məlumat verilmir.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.