Zelenski ABŞ-a təşəkkür etdi

 09:11 12.05.2022     439

"ABŞ Konqresinin Nümayəndələr Palatası dövlətimizə və qlobal demokratiyaya yeni və əhəmiyyətli dəstək paketinə səs verdi. Demək olar ki, 40 milyard dollar. Tezliklə ABŞ Senatında ikinci səsvermə keçiriləcək. Bu qərar daha sonra prezident Bayden tərəfindən imzalanacaq və qüvvəyə minəcək".

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.

"Mən Amerika xalqına, Konqres və Administrasiyadakı bütün dostlarımıza göstərdikləri dəstəyə görə minnətdaram" - dövlət başçısı deyib.

T.İSMAYIL