Finlandiya bu gün NATO-ya üzv olacağını elan edəcək

Finlandiya bu gün NATO-ya üzv olacağını rəsmən elan edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Reuters agentliyi adı açıqlanmayan avropalı diplomatlara istinadən məlumat yayıb.
Prezident Niinistönün yaxın saatlarda NATO-ya üzvlük niyyəti ilə bağlı çıxış edəcəyi və bundan sonra bütün parlament fraksiyalarının qərarı dəstəkləməsi gözənilir.
Finlandiya və İsveçin qısa müddətdə NATO-ya üzvlük prosesinin yekunlaşdırılması gözlənilir.