Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - SİYAHI

 11:32 12.05.2022     785

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 26 650 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiyanın 1 195 ədəd tankı, 2 873 ədəd zirehli döyüş maşını, 534 ədəd artilleriya sistemi, 191 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 161 ədəd helikopteri, 94 qanadlı raket, 2 019 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 398 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.

2