“Finlandiyanın NATO-ya üzvlüyü hamar və sürətli olacaq”

 14:43 12.05.2022     215

Finlandiyanın NATO-ya üzvlüyü həm alyansı, həm də Finlandiyanı gücləndirəcək.

Redaktor.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.

“Finlandiya müraciətlə bağlı qərar qəbul etsə, üzvlük prosesi hamar və sürətli olacaq”, - Stoltenberq bəyan edib.

Baş katib əlavə edib ki, yetkin demokratiyaya malik Finlandiya NATO-nun ən yaxın tərəfdaşlarından biridir, Avropa İttifaqının (Aİ) üzvüdür və Avro-Atlantik təhlükəsizliyə mühüm töhfə verən bir ölkədir.