"Üçüncü dünya müharibəsi başlaya bilər" - Podolyak

"Üçüncü dünya müharibəsi başlaya bilər".
Redaktor.az-ın məlumatına görə, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak özünün tviter hesabında yazıb.
“Əgər liderlər 1938-ci ildə qətiyyətli hərəkət etsəydilər, Avropa İkinci Dünya müharibəsindən qurtula bilərdi. Lakin siyasətçilər qorxaq davrandılar. Nəticədə faciə oldu. Eyni səhvi təkrar etsək, tarix bizi bağışlamayacaq. Avropa Rusiya neftinə dərhal sanksiya tətbiq etməlidir”, - deyə o, bildirib.
T.İSMAYIL