Türkiyə XİN İranın iddialarına cavab verdi

 15:00 12.05.2022     295

Türkiyə İranda baş verən qum və toz fırtınalarının yaratdığı ekoloji problemlər və Tehranda hava çirkliliyinin pik həddə çatmasının səbəblərindən birinin rəsmi Anakranın inşa etdiyi bəndlərin olmasına dair iddialara cavab verib.

Redaktor.az xəbər verir ki, XİN sözçüsü Tanju Bilgiç bu iddiaların İran mediası və siyasətçiləri tərəfindən gündəmə gətirildiyini bildirib.

O qeyd edib ki, Türkiyədəki bəndlərin qum və toz fırtınalarına səbəb olduğu iddiaları elmdən uzaqdır.

“Qum və toz fırtınaları əsasən təbii hadisədir və bu bütün dairələr tərəfindən qəbul edilir. Türkiyə və İrana təsir edən qum və toz fırtınalarının əsas səbəbi dünyanın ən mühüm iki toz mənbəyi olan Afrika və Yaxın Şərqdən gələn səhra tozlarıdır. Əslində, iqlim dəyişikliyinin səbəb olduğu torpaqların məhv edilməsi, meşələrin qırılması, səhralaşma və quraqlıq da bu fırtınaları artırır”, - deyə açıqlamada qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən