Rusiya Finlandiyanı TƏHDİD ETDİ

 15:45 12.05.2022     276

Rusiya Finlandiyanın NATO-ya qoşulmaqla bağlı bəyanatlarına təhdid dolu cavab verib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Kreml bəyanat yayıb.

Bildirilib ki, Finlandiya Rusiyaya qarşı Avropa Birliyinin qeyri-dost addımlarına qoşulmağa başlayıb:

"Belə addım təəssüf doğurur və buna cavab veriləcək. Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün birbaşa təhdiddir. NATO-nun genişlənməsi nə dünyanı, nə də Avropanı daha sabit hala gətirəcək. Rusiya Ukraynada hərbi əməliyyatın qarşısını almağa çalışanlara ən qətiyyətli cavabı verməyə hazırdır".