Kim Çen In ilk dəfə maskada görüntüləndi - VİDEO

Şimali Koreya lideri Kim Çen In ilk dəfə tibbi maskada görüntülənib.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüntüləri Şimali Koreyanın mərkəzi televiziyası yayıb.
Belə ki, televiziya İşçi Partiyasının Mərkəzi Komitəsinin Siyasi bürosunun mayın 12-si keçirilən iclasından kadrlar yayıb. Sözügedən kadrlardan isə Şimali Koreya liderinin və digər iclas iştirakçılarının qoruyucu tibbi maska taxmasını görmək mümkündür.
Bildirilir ki, buna baxmayaraq, Kim Çen In çıxış edərkən maskasını çıxararaq masanın üzərinə qoyub.