Latviyada Sovet abidəsi SÖKÜLÜR

 16:49 12.05.2022     218

Latviya parlamenti Sovet ordusunun əsgərlərinin xatirəsinə ucaldılmış abidənin sökülməsinə icazə verib.

Redaktor.az “Delfi”yə istinadla xəbər verir ki, ölkə parlamenti Latviya-Rusiya arasında sazişin memorial tikililərin mühafizəsini təmin edən 13-cü maddəni ləğv edən qanun layihəsinə səs verib. Bununla da, abidənin sökülməsi üçün hüquqi maneə aradan qaldırılıb. Lakin abidənin sökülməsi barədə qərarı Riqa Şəhər Duması verə bilər.

Parlamentin 68 deputatı qanun layihəsinin lehinə, 20-si isə əleyhinə səs verib.

Qeyd edək ki, Sovet ordusunun əsgərləri - Sovet Latviyasını və Riqanı faşist işğalçılarından azad edənlərin xatirəsinə ucaldılan abidənin açılışı 1985-ci ildə baş tutub.