Ukraynadakı bərpa işlərində iştirak edəcək dövlətlərin adı açıqlandı

 17:50 12.05.2022     199

Ukraynadakı yenidənqurma və bərpa işlərində iştirak edəcək dövlətlərin adı açıqlanb.

Redaktor.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Andriy Sibiqa deyib.

Onun sözlərinə görə, bu barədə artıq bir çox ölkələrdən təsdiq cavabı gəlib: "Biz artıq müharibədən sonra şəhərlərimizin bərpası barədə düşünürük. Böyük Britaniya Kiyev vilayətinin, Danimarka Nikolayev vilayətinin, Baltikyanı ölkələr isə Jitomir vilayətinin bərpasında iştirak etməyə hazırdır".

A.Sibiqa xatırladıb ki, Prezident Volodimir Zelenski daha əvvəl genişmiqyaslı bərpa planı hazırladığını bildirib.