Şərqi Asiyada ballistik raketlər ATILDI

 22:28 12.05.2022     473

Şimali Koreya bu gün Yapon dənizinə doğru üç ballistik raket buraxıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya ordusu Şimali Koreyanın Pxenyandakı Sunan bölgəsindən Yapon dənizinə doğru atdığı üç qısa mənzilli ballistik raket buraxdığını aşkar edib.

Hadisə ilə bağlı Yaponiya hökuməti də KXDR hakimiyyətinə etiraz edib.