Türkiyə konsulluğuna BOMBA ATILDI

 23:54 12.05.2022     696

Fransanın paytaxtı Parisdə Türkiyənin Baş Konsulluğuna naməlum şəxslər əldəqayırma bomba ilə hücum edib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində baş konsulluğun binasına ziyan dəyib. 

Hadisə zamanı xəsarət alan olmadığı bildirilib. Paris polisi hücumda istifadə edilən partlayıcının növünü müəyyən etmək və hadisəni törədənləri tutmaq üçün genişmiqyaslı araşdırmaya başlayıb və ərazini təhlükəsizlik mühasirəsinə alıb. Hücuma görə məsuliyyəti hələlik heç kəs üzərinə götürməyib.