ABŞ Yunanıstana döyüş təyyarələri yerləşdirir

 03:20 13.05.2022     431

ABŞ ordusu Yunanıstanın Krit adasındakı Suda hava bazasında F-35 və F-15 döyüş təyyarələrini yerləşdirməyi planlaşdırır. 

Redaktor.az xəbər verir ki, bu barədə Yunanıstanın "Kathimerini" qəzeti yazıb.

ABŞ Sudadakı hərbi bazaya 10 ədəd F-35 və 14 ədəd F-15 döyüş təyyarəsi yerləşdirmək istəyir.

ABŞ-ın tələbi Yunanıstanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə çatdırılıb. Təyyarələrin iyul ayında Kritə yerləşdiriləcəyi gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən