Səudiyyə şirkəti “Apple”i geridə qoydu

 09:20 13.05.2022     1424

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” “Apple”i geridə qoyub və kapitallaşmaya görə dünyada birinci olub.

Redaktor.az Bloomberg-ə istinadən xəbər verir ki, neft şirkətinin kapitallaşması 2,43 trilyon dollar, “Apple”inki isə 2,42 trilyon dollar təşkil edib.

2022-ci ilin əvvəlində “Apple”in bazar dəyəri üç trilyon dollar idi ki, bu da “Saudi Aramco”dan təxminən bir trilyon dollar çoxdur. Lakin o vaxtdan bəri korporasiyanın səhmlərinin qiyməti təxminən 20% düşüb, neft şirkətinin səhmlərinin dəyəri isə 28% artıb.

Vumart və Güvən reklamı Vumart Güvən