Çində iqtisadi inkişaf ləngiyir

Apreldə Çinin ixracatı aylıq əsasda cəmi 3,9% artıb. Bu da son 2 il üçün ən pis göstərici hesab olunur.
Redaktor.az xəbər verir ki, bu barədə Çinin Milli Statistika Bürosu məlumat yayıb.
Hesablamaya görə Çində apreldə iqtisadi artım 0% olub. Ekspertlər karantin davam etdiyi müddətdə geriləməni qaçınılmaz hesab edirlər. Bununla belə, Çin iqtisadiyyatında müsbət saldo müşahidə olunur. Martda 47,3 milyard dollar olan tixarət profisiti apreldə 51 milyarda çatıb.