Putin Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI

 15:03 13.05.2022     108

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Redaktor.az Ria Novosti-yə istinadən xəbər verir ki, Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ukraynada aparılan müharibənin gedişatını, Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarından yarana biləcək potensial təhlükələri, eləcə də bir sıra digər mövzuları müzakirə edib.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov danışıb.

“Müdafiə naziri Sergey Şoyqu cari məsələlərlə yanaşı, iclas iştirakçılarına xüsusi hərbi əməliyyatın gedişi barədə məlumat verib”, - Kreml sözçüsü bildirib.

Peskov daha sonra əlavə edib:

“Finlandiya və İsveçin NATO-ya daxil olmaq qərarı və bununla bağlı Rusiyanın təhlükəsizliyinə yarana biləcək potensial təhdidlər mövzusunda fikir mübadiləsi aparılıb”, - bildirib.

Mətbuat katibi onu da bildirib ki, bazar ertəsi KTMT-nin qarşıdan gələn sammiti kontekstində bir sıra məsələlərə də toxunulub.