Ərdoğan BƏƏ prezidentinin dəfninə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Al Nəhyanın dəfn mərasimində çıxış edəcək.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Al Nəhyan vəfat edib. Uzun müddət xəstəlikdən əziyyət çəkən dövlət başçısı 74 yaşında dünyasını dəyişib.