Latviya rusiyalı aktyorlara sanksiya TƏTBİQ ETDİ

 19:49 13.05.2022     244

Latviya 102 rusiyalını qara siyahıya salıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Siyahıya rus aktyorları, rejissorları və mədəniyyət xadimləri daxildir.

Qeyd edək ki, aprelin 4-də Latviya Rusiya ilə diplomatik münasibətləri azaldıb. Aprelin 5-də Latviya hakimiyyəti 13 rus diplomatını ölkədən çıxarıb və Liepajadakı Rusiya konsulluğunu bağlayıb. Aprelin 21-də Rusiya Latviyanın Sankt-Peterburqdakı konsulluğunu bağlayıb .