Ukrayna rus təyyarələrini alman silahı ilə VURACAQ

 20:26 13.05.2022     257

Almaniya Ukraynaya IRIS-T SLM adlı orta mənzilli hava hücumundan müdafiə sistemləri göndərməyi düşünür.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Almaniyanın "Bild" qəzeti isə bildirib ki, Nazirlər Kabinetinin təhlükəsizlik şurası məsələni müzakirə edir. Nəşrin məlumatına görə, Almaniyanın "Diehl Defence" şirkəti tərəfindən hazırlanan IRIS-T SLM sistemləri noyabr ayından Ukraynada yerləşdirilə bilər.

"Bild"in məlumatına görə, Ukrayna yaxın 3-4 il ərzində istehsal oluna biləcək 10 IRIS-T SLM sistemi almaqda maraqlıdır. Qəzet bildirib ki, sistem 40 kilometr məsafədən döyüş təyyarələrini, helikopterləri və ya raketləri vura bilir.

Qeyd edək ki, Almaniya keçən həftə Ukraynaya 7 özüyeriyən artilleriya qurğusu göndərəcəyini açıqlayıb.