Rusiya Cənubi Osetiyanı iyulun 17-də rəsmən özünə BİRLƏŞDİRƏCƏK

 22:27 13.05.2022     211

İyulun 17-də “Cənubi Osetiya”nın Rusiyaya birləşməsinə dair referendum keçirilməlidir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, hazırkı prezident Anatoli Bibilov bununla bağlı referendum təyin edib.

 

Müvafiq fərman “Cənubi Osetiya” rəhbərinin saytında dərc olunub.

Bibilovun administrasiyası izah edib ki, “Cənubi Osetiya” Ali Məhkəməsi artıq referendumla bağlı sənədlər paketinə baxıb və müsbət nəticə verib.