Əfqanıstanda məscidi PARTLATDILAR

 22:36 13.05.2022     118

Əfqanıstanın paytaxtı Kabildə günorta saatlarında məsciddə baş vermiş partlayışda ölən və yaralananların sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.

Partlayış məsciddə namaz vaxtı baş verib.

Hələlik bölgədə fəaliyyət göstərən silahlı qrupların heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.