Bu ölkə avroya keçir

 02:52 14.05.2022     395

2013-cü ildən Avropa Birliyinin üzvü olan Xorvatiya 2023-cü il yanvarın 1-dən rəsmi olaraq avroya keçəcək.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsi Xorvatiya parlamentində yekdilliklə qəbul edilib.

Avronun ölkədə rəsmi valyuta kimi dövriyyəyə buraxılması haqqında qanunun lehinə 117, əleyhinə 13 deputat səs verib, bir nəfər bitərəf qalıb.