Məşhur aviaşirkət “Bitcoin”i ödəniş kimi qəbul edəcək

 09:52 14.05.2022     327

BƏƏ-nin “Emirates” aviaşirkəti öz xidmətlərini “Bitcoin”lə ödəməyi mümkün etməyi planlaşdırır.

Redaktor.az RİA Novosti-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş əməliyyat direktoru Adel Əhməd Ər-Redha məlumat verib.

“Emirates” tezliklə “Bitcoin”i ödəniş kimi qəbul etməyə başlayacaq”, - deyə o bildirib.

Bundan əlavə, aviaşirkət veb-saytına özünün NFT tokenlərini əlavə edəcək.

Ər-Redha bildirib ki, aviaşirkətin müştərilərin ehtiyaclarını izləyən proqramların yaradılmasına kömək etmək üçün əlavə işçilərə ehtiyacı ola bilər.

O, aviaşirkətin “Bitcoin” ödəniş xidmətini nə vaxt işə salmağı planlaşdırdığını dəqiqləşdirməyib.

Vumart və Güvən reklamı Vumart Güvən