Rusiyanın Ukraynadakı canlı qüvvə itkisi 27 mini KEÇDİ

 11:04 14.05.2022     389

Rusiya Silahlı Qüvvələrinin fevralın 24-dən indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27 200 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, işğalçıların 1 205 ədəd tankı, 2 934 ədəd zirehli döyüş maşını, 551 ədəd artilleriya sistemi, 195 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 88 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 163 ədəd helikopteri, 95 qanadlı raket, 2 042 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 411 ədəd dronu və 42 ədəd xüsusi texnikası məhv edilib.

T.İSMAYIL

2