Sarkisyan Köçəryanla görüşdüyünü İNKAR ETDİ

 15:50 14.05.2022     235

“Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın dünən axşam görüşdüyü barədə məlumatlar həqiqətə uyğun deyil”.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Serj Sarkisyanın ofisindən bildirilib.

"Bu dezinformasiyadır. Belə bir görüş olmayıb. Hətta bir gün əvvəl baş tutsa belə, təbii ki, “Müqavimət hərəkatı”nın gələcək taleyini həll edə bilməzdi", - Serj Sarkisyanın ofisindən deyilib.

Xatırladaq ki, daha əvvəl Ermənistan KİV-ləri cümə günü axşam Robert Köçəryanla Serj Sarkisyan arasında görüşün baş tutduğu bildirib. Mətbuatın yazdığına görə, onlar uzun müddət söhbət edib, gələcək prezidentliyə namizədi, müxalifətin mübarizəsinin bundan sonrakı gedişatını müzakirə edib və ortaq məxrəcə gəliblər.