“NATO-nun sərhədləri Sankt-Peterburq ətrafına qədər uzanacaq” - Podolyak

“NATO-nun sərhədləri Rusiyanın Sankt-Peterburq şəhərinin ətrafına qədər uzanacaq”.
Redaktor.az-ın məlumatına görə, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviter hesabında yazıb.
“Dünya Rusiyanın yalanlarından yorulub. Daha Moskvanın təhdidlərinə əhəmiyyət verilmir. Yeni reallığa xoş gəlmisiniz, cənab Putin”, - deyə o, bildirib.