Senatorlar Kiyevə səfər etdilər

 20:03 14.05.2022     232

ABŞ-ın Respublikaçılar partiyasının lideri Miş Makkonelin başçılıq etdiyi amerikalı senatorlar Kiyevə səfər edib.

Redaktor.az xəbər verir ki, Amerika nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Respublikaçı senatorlardan Syuzan Kollinz, Con Barrasso və Con Kornin də Kiyevdə olub.

Zelenski bildirib ki, ABŞ Senatının nümayəndə heyətinin səfəri ABŞ Konqresinin, eləcə də Amerika xalqının Ukraynaya ikitərəfli dəstəyin güclü siqnalıdır.