Minsk-Varşava münasibətləri pisləşir  - Lukaşenko səfiri geri çağırdı

 20:49 14.05.2022     325

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Polşadakı səfiri Vladimir Çuşyevi tutduğu vəzifədən azad edib.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

"Belarus Konstitusiyasının 84-cü maddəsinin 20-ci bəndinə uyğun olaraq, Çuşyev Vladimir Nikolayeviç Belarus Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – fərmanda bildirilir.

Qeyd edək ki, 2021-ci ilin iyunundan Avropa İttifaqı Belarusa qarşı iqtisadi sektoral sanksiyalar tətbiq edib (Teleqraf.com).