Gürcüstanda zəlzələ oldu

 22:19 14.05.2022     180

Gürcüstanda 4,5 maqnitudalı zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar yerli vaxtla saat 21:14-də qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonunun Sameba kəndi yaxınlığında olub.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur (report.az).