Türkiyədə 3 terrorçu zərərsizləşdirildi

 22:23 14.05.2022     492

Türkiyə ordusu İraqda həyata keçirilən "Pəncə-Kilit" əməliyyatı çərçivəsində daha 3 terrorçunu zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçuların zərbə tipli pilotsuz uçuş aparatı ilə zərərsizləşdirildiyi bildirilir.

 Bununla da, bölgədə zərərsizləşdirilən terrorçuların sayı 85-ə çatıb.