Blinken və Stoltenberq Ukraynanı müzakirə etdi

 23:45 14.05.2022     274

ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat yayıb.

Tərəflər Ukraynaya yardım və Şimali Atlantika Alyansının müdafiə qabiliyyətinin saxlanması, eləcə də təşkilatın strateji konsepsiyasını müzakirə ediblər.

Blinken və Stoltenberq 14-15 may tarixlərində Berlində NATO ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin görüşü barədə fikir mübadiləsi aparıb. Onlar Ukrayna xalqına və ölkənin ərazi bütövlüyünə dəstəyi təsdiqləyiblər.