Türkiyədə dəniz qan rənginə döndü

 10:01 15.05.2022     302

Türkiyənin İstanbul şəhərinin Qara dəniz sahillərində dəniz suyunun rəngi getdikcə narıncı və qırmızı rəngə çevrilib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Arnavutköyün Karaburun çimərliyində qeydə alınıb.

Ətrafdakı insanlar dənizə boya töküldüyünü zənn edərək vəziyyəti səlahiyyətlilərə çatdırıblar.

Xəbərdarlığa əsasən çimərliyə gələn heyət dənizdən nümunələr götürüb. Nümunələr Mərmərə Araşdırma Mərkəzinə göndərilib.