İspaniya "Avroviziya-2023”ə ev sahibliyi etməyi TƏKLİF ETDİ

 10:47 15.05.2022     146

Ukrayna “Avroviziya-2023” mahnı müsabiqəsini keçirə bilməsə İspaniya ev sahibliyi etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, müvafiq bəyanatla İspaniyanın dövlət teleradio və RTVE şirkətinin kommunikasiyalar üzrə direktoru Maria Eisaqirre çıxış edib.

“RTVE gələn il bu müsabiqənin təşkilində Ukraynaya hər cürtə dəstək ola bilər və ehtiyac olarsa, biz növbəti “Avroviziya”ya ev sahibliyi etməyə hazırıq” – deyə, o bildirib.

Ukrayna İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub.